BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Məciddən daha bir açıqlama

“Mən Günel Musanın (jurnalist - red) gecə yarısı yazdığı suala qurultaydakı bəzi sayt əməkdaşlarının davranışına münasibət bildirib dostyana, qısa cavab yazmışam ki, səhər geniş münasibət bildirəcəm. Heç onu xəbərə çevirəcəyini də düşünməmişəm. Burda Günelin və Bakupost.un davranışını da etik saymıram. Səhər isə geniş münasibətimi bildirmişəm. Bu status Abzas.net adlı saytın əməkdaşının davranışına münasibətdir. Qurultayda da saytın Şəmistan adlı əməkdaşına qəzəbli ehtirazımı bildirmişəm”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

 

“Çingiz Abdullayevə verilən sualı isə mənə də vermişdilər, sakit cavablandırmışam” – o əlavə edib.

 

Qeyd: Rəşad Məcid  Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalistin ünvanladığı suala Xalq yazıçısı Çingiz Abdullayevin təhqiramiz cavabı ilə bağlı Bakupost.az-a açıqlamasında deyib ki, jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi: "Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan "jurnalistlər"ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”.

Tarix: 27 Oktyabr 2022, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin