BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Çingiz Abdulayev, yazıçısan, ya gecə klubu işlədən?”

“Görəsən, Azərbaycan xalqının yazıçısı olan və “Xalq yazıçısı” adını daşıyan Çingiz Abdullayev Azərbaycan dilində normal danışa bilmədiyinə görə heç utanıb ölmürmü?! Axı o dilini bilmədiyi xalqın yazıçısıdır… Maraqlıdır, görəsən, Azərbaycan Yazıçılar Birliyinin qərərgahının yarısını əvvəllər "26” (Twenty six) gecə klubuna, daha sonra isə "13 club" adlı gecə klubuna yüksək məbləğdə pul qarşılığında icarəyə vermiş və şəxsən icarə müqaviləsi bağlamış Çingiz Abdullayev yazıçı adına heç utanıb ölmürmü?!”

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

“Adama sual edərlər: Sən yazıçısan, ya gecə klubu işlədən? Hesab edirəm ki, ayıb nə olan şeydir öncə özünüz dərk edin, sonra bu hissi başqalarında axtarın, hörmətli Çingiz Abdullayev! Sözün hər mənasında Sizə və Sizə maraq qarşısında “vəkillik” edənlərə ayıb olsun!” – A.Şakiroğlu

 

Nadir

Tarix: 27 Oktyabr 2022, 20:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin