BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda adam oğurlayan şəxslərlə bağlı QƏRAR

Ali Məhkəmədə adam oğurluğunda təqsirləndirilən Fərid Əliyev və Asim Quliyevin barələrindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakimi İlqar Qılıcovun sədliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 9 il 6 ay azadlıqdan məhrum edilib.

 

İttihama görə, təqsirləndirilən şəxslər 2019-cu ilin may ayında Bakının Nizami rayonunda 41 yaşlı Yasin Bəxtiyarovu oğurlayaraq pul tələb etməkdə ittiham olunurlar.

 

Oğurlanan şəxsin anası Səbirə Bəxtiyarova polisə müraciət edərək oğlunun mayın 28-də Şərifli küçəsində oğurlandığını, silahlı şəxslərin onu avtomobilə oturdaraq naməlum istiqamətə apardığını bildirib.

 

Onlar qadından oğlunun azad edilməsi üçün 10 min manat tələb edib 8 min manat alıblar.

 

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Fərid Əliyev, Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.

 

Emin Əliyev və Asim Quliyev barəsində cinayət işi ayrıca icrata götürülüb, onlara Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) maddəsi ilə ittiham verilib.

 

Kamal Məmmədov

Tarix: 28 Oktyabr 2022, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin