BURADA REKLAMINIZ OLA
BİLƏR

İki nəfəri öldürmək istəyən şəxslə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Murad Əskərzadənin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakimi İlqar Qılıcovun sədliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əskərzadə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: 2020-ci ilin iyul ayının 19-u saat 01 radələrində Lənkəran şəhər sakinləri - 1998-ci il təvəllüdlü Ruslan Rahmanov və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

 

İlkin araşdırmalarla 1992-ci il təvəllüdlü M.Əskərzadənin Lənkəran şəhəri, Sahil küçəsində şəxsi münasibətlər zəminində aralarında baş verən münaqişə zamanı üzərində olan bıçaqla R.Rahmanovu qəsdən öldürməyə cəhd etməsinə, onları ayırmağa çalışan M.Məmmədova isə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

M.Əskərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Tarix: 28 Oktyabr 2022, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin