BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev Xankəndini Bakıya mütləq tabe edəcək” - RƏY

“Soçi görüşü öncəsi Vladimir Putin "Valday" diskusiya klubunda sülhə qarşı olduğu mövqeyini ortaya qoymaqla belə bir görüşün əhəmiyyətini azaltdı. Soçidə müsbət nəticənin olmayacağını qeyd etmişdim. Görüş başlamamış Putin Qarabağ ermənilərinin üzərində mümkün hər hansı bir statusun olmasını vurğulayır. Rusiyanın siyasi mövqeyi bəlli olduğu üçün Soçi görüşündən müsbət nəticə olmayacaq. Vaşinqtonun dəstəyi ilə Brüssel formatında aparılan danışıqlara Paşinyan da üstünlük verir. Bizim üçün məqbul məhz Brüssel formatıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib.

Güneyli soydaşlarımız Cənubi Azərbaycan Respublikasının yaradılmasında  maraqlı olmalı, müstəqilliyə can atmalıdırlar” Pravda.az

M.Əsədullazadənin sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında onda razı olacaq ki, Qarabağın yekun statusu sonraya saxlanılsın: “Azərbaycanın buna getməsi qələbəmizə zərbə olar. Prezident İlham Əliyev Xankəndini Bakıya mütləq tabe edəcək. Bunun alternativi yoxdur. Tarixi fürsəti qaçırsaq, yaranı qaysaqlayacağıq. Qaysaqda bir müddətdən sonra açılacaq. Rusiyada Qarabağ məsələsini bağlamaq istəmir”.

 

Kənan

Tarix: 28 Oktyabr 2022, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin