BURADA REKLAMINIZ OLA
BİLƏR

Mədəniyyət Nazirliyindən AYB-yə ayrılan 203 min manatla bağlı AÇIQLAMA

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının təşkili üçün ayrılan 203 min manat vəsaitin taleyi hələ də dəqiq məlum deyil. Media ilə AYB arasında qalmaqala səbəb olan pulun aqibəti ilə bağlı müxtəlif iddialar irəli sürülür.

 

Pravda.az-ın əməkdaşı Mədəniyyət Nazirliyinin AYB-dən qurultayın xərcləri ilə bağlı hesabat tələb edib-etmədiyini öyrənməyə çalışıb.

 

Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayının təşkili üçün ayrılan 203 min manat vəsait dəstək məqsədilə ödənilən məbləğdir: “Xərclərin hesabatı Azərbaycan Yazıçılar Birliyi tərəfindən rüblük hesabatda Nazirliyə təqdim olunacaq. Bu isə təxminən, dekabrın sonlarına təsadüf edəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 28 Oktyabr 2022, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin