BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibə Qafarova və Adil Əliyev MDB-yə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edirlər - FOTO

“Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edirik”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev məlumat yayıb.

 

“İclasda ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin təşkilatın gələcək fəaliyyət planı müzakirə olunmuş və digər təşkilati məsələlər nəzərdən keçirilmişdir. Azərbaycan Parlamentinin spikeri müzakirə olunan mövzular haqqında öz fikirlərini səsləndirdi” – A.Əliyev qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 28 Oktyabr 2022, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin