BURADA REKLAMINIZ OLA
BİLƏR

Əkrəm Həsənov gömrükdə müsadirə olunan mallardan danışdı: “Bu, artıq dövlət əmlakı sayılır”

“İstənilən hüquq-mühafizə orqanı müsadirə edilən əmlakı qeydiyyata almalı, müvafiq reyestrdə göstərməli və dövlət orqanına təhvil verməlidir. Bu dövlət orqanı da bir qayda olaraq İqtisadiyyat Nazirliyi, ya da Maliyyə Nazirliyidir. Əmlak müsadirə edilirsə, bu, artıq dövlət əmlakı sayılır. Dövlət əmlakının, vəsaitinin düzgün istifadəsinə isə Hesablama Palatası nəzarət edir. Kimsə buna riayət etmirsə, deməli, o, faktiki olaraq dövlətdən oğurlayıb, talayıb. Bunun başqa adı yoxdur.”.

 

Bu sözləri Pravda.az-a ekspert Əkrəm Həsənov gömrük postunda müsadirə edilən mallara nəzarət mexanizmi barədə danışarkən deyib.

 

“Belə hallar gömrük orqanında tez-tez baş verirsə, deməli, orada daxili nəzarət sistemi yoxdur. Bu sahədə tam qeyri-şəffaflıq var. Dəfələrlə qeyd etmişik ki, Dövlət Gömrük Komitəsi ləğv edilməli, vergi xidməti ilə birləşdirilməlidir. Çünki vergi xidmətində belə biabrçılıqlar olmur, orada normal, sivil idarətmə isistemi var”, - ekspert bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 28 Oktyabr 2022, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin