BURADA REKLAMINIZ OLA
BİLƏR

“Mikayıl Cabbarov rəqabət mühiti yaratmaq üçün əlindən gələni edir, amma bunu istəməyən qüvvələr var” - RƏY

“Ölkədə azad rəqabətin olması üçün "Rəqabət məcəlləsi", "Dövlət-özəl tərəfdaşlığı haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlar mütləqdir. Amma bunlardan ən vacib ikisi - "Rəqabət məcəlləsi" və  "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun hələ də qəbul edilməyib. Buna görə də cənab nazir Mikayıl Cabbarovun nazir olduğu 9 ildə nazir kimi bir dəfə Prezidentdən açıq dəstək istəməsini və bunun da məhz bu “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunla bağlı olmasını dilə gətirməsi bəzi  məqamlardan xəbər verir. Yəni, cənab nazir ölkədə rəqabət mühiti yaratmaq üçün əlindən gələni edir, amma rəqabətin olmasını istəməyən qüvvələr var.  Buna görə də cənab Prezidentdən dəstək istənilib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

E.Əmirov qeyd edib ki, kimlərsə mane olmağa çalışsalar belə, yenə də Mikayıl Cabbarovun səyləri bəhrəsini verəcək və Dövlət-özəl tərəfdaşlıq formatı yaradılacaq: “Bu format  2006-cı ildən bəri Rəqabət Məcəlləsinin  qəbul edilə bilmədiyi bir iqtisadi mühitdə nisbi rəqabətin yaradılmasına təkan verəcək. Balıq üçün su, iqtisadiyyat üçün rəqabət. İkincilər olmayanda, birincilər ölür”.

 

Kənan

Tarix: 29 Oktyabr 2022, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin