BURADA REKLAMINIZ OLA
BİLƏR

Arzu Nağıyev: “Polkovnik Babək Səmidlinin kiməsə bu məlumatları deməsi hansı zərurətdən doğur?”

"Səs yazılarının doğrudan da şəhid polkovnik Babək Səmidliyə aid olub-olmadığı araşdırılmalıdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib.

 

“Səs yazısının ikinci hissəsində zabitə yaraşmayan, Azərbaycan mentalitetinə uyğun olmayan qadın əməkdaşlara qarşı şəxsi məsələlərdən danışılır. Düşünürəm, hərbçi heç vaxt belə məsələlərə toxunmaz, qadın hərbçilər haqqında elə bir tonda açıqlama verməyi düzgün hesab etmirəm. Hər bir qadın hərbçinin də ailəsi var. Onlar haqqında danışmaq, münasibətlərə toxunmaq – bütün bunların hamısı hansısa narazılıqdan da əmələ gələ bilər. Gərək Azərbaycan kişisinə, zabitinə xas mentalitet mütləq şəkildə qoruna. Ümumiyyətlə, Babək Səmidlinin kiməsə bu məlumatları deməsi hansı zərurətdən doğur? Səs yazılarını iki ildən sonra yaymaqda məqsəd nədir? Son zamanlar sərhəddə Ordumuza qarşı baş verən hərbi təxribatlar, qonşu dövlətlərin Azərbaycan əleyhinə apardıqları siyasət gündəmdədir. Düşünürəm, şəhid polkovnikin səs yazıları, eyni zamanda onun verdiyi açıqlamalar birmənalı şəkildə araşdırılmalıdır”, - deputat bildirib.

 

Aytəkin Qardaşova


Tarix: 29 Oktyabr 2022, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin