BURADA REKLAMINIZ OLA
BİLƏR

“Məhz buna görə Paşinyan rusların Qarabağda 15-20 il qalması məsələsini indi ortaya atıb”

“Paşinyan və Ermənistanın digər rəsmiləri bu gün İrəvanda çoxsaylı bəyanatlar səsləndiriblər, bir-birinə zidd cümlələr də qurublar, amma açıqlamaların hamısının bir məntiqi var: Rusiya Qarabağda daimi qalmalı, Xankəndi və ətrafında yaşayan ermənilərin yükünü Moskva çəkməlidir. Faktiki Ermənistan Qarabağ məsələsini üzərindən ataraq Rusiyaya yükləmək, bununla da öz büdcəsindən hər il Qarabağa ayırdığı ortalama 300 milyon (bu il 298 milyon dollar olub) dollara qənaət etmək, həm Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, Rusiya bundan məmnun görünür, azsaylı əhalini, amma strateji əhəmiyyəti olan Xankəndi və ətrafını ilə cəmi 300 milyon dollara əldə saxlamaq, hələ bu pulu da erməniəsilli Rusiyalı milyarderlərdən yığmaq elə də çətin deyil: “Vardanyanı ora göndərən Kreml elə ermənilərin öz pulu ilə orada növbəti "QXR" (Ukraynada modeli, "Qarabağ Xalq Respublikası" kimi) yaratmağa çalışacaq (hətta artıq çalışır da), bu qondarma qurumu qorumaq üçün orda "rusməramlılar" olmalıdır, məhz buna görə Paşinyan rusların orda 15-20 il qalması məsələsini indi ortalığa atıb. Ölkəmiz üçün təhlükəli dönəmdir, bu imtahandan çıxmaq üçün əsl siyasi birlik modelinə ehtiyac var - bunun yolu yeni Konstitutsiyadan və təcili olaraq Türkiyə ilə ölkənin bir neçə bölgəsində Hərbi Təlim və Tədris Mərkəzinin yaradılmasından keçir...”

 

Kənan

Tarix: 29 Oktyabr 2022, 21:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin