BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azəriqaz” tanınmış ekspertin 50 manatını mənimsədi - FOTO

“Azəriqaz” İstehsalat Birliyinin xidmətindən olduqca narazıyam. “Gallus Pay” kartları da, sayğacı da, proqram təminatı da zaydır. Məsələn, kart sıx-sıx koda düşür, Milliön aparatı karta pul yükləmir, kartda pul göstərir, sayğac isə əksinə... Mütləq getməlisən ASAN Kommunal”a. Vaxt və pul itkisidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış ekspert Fərhad Mehdiyev bildirib.

“Bir müddət öncə, bənzər bir problemə görə “ASAN Kommunal”da idim. Növbəti dəfə isə, ümumiyyətlə, adamı çilədən çıxardı. Karta 50 AZN yüklədim ki, mərkəzi istilik sistemini qoşum. Lakin sayğac nəinki görmədi, hətta tam sıfırlandı və kartı da sıfırladı və yenə qaldıq qazsız. Ümumiyyətlə, qeyd etməliyəm ki, əhaliyə xidmət qurumlarının bu qəbildən siyasətləri olduqca yarıtmazdır. NFC tipli smart sayğaclar taxılanda deyildi ki, bunlara mobil telefonla ödəmə mümkün olacaq. Hanı? Hansı məqsədlə əvvəlki tipli klassik sayğaclar dəyişdirilib, yerinə bu işgəncə makinəsini quraşdırıblar? Niyə bu qərarı verənlər hansısa məsuliyyət daşımırlar? Məsələ barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verdim, çünki bir istehlakçı kimi keyfiyyətli xidmət ala bilmirəm, yalnışlığın cəriməsini də mən çəkirəm, qazsız qalmaqla və “ASAN Kommunal”a qaçmaqla. “Azəriqaz”ın hansısa işçisi əziyyət çəkmir, əziyyəti mən çəkirəm. Mən də başlayım şikayətlərə, görək nə tədbir görüləcək. Məsələni məhkəməyə götürüb onlardan maddi və mənəvi zərərin ödənilməsini tələb edəcəm” – F.Mehdiyev qeyd edib.

Tarix: 29 Oktyabr 2022, 23:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin