BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda ata qızını namus üstündə boğaraq öldürübmüş - CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Salam Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Bu il fevralın 15-də Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs deyib ki, qızını namus ütsündə öldürüb. O bildirib ki, Zəminə Mehtiyeva öz həyta yoldaşı ilə birlikdə yaşamasa da, boşanmamışdılar. Salam Cəfərov söyləyib ki, qızının kirvəsinin oğlu ilə sevgi münasibətləri olub, bir neçə dəfə qadını gecə vaxtı həmin şəxsin avtomobilinə minib-düşdükdə görüb.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 31 Oktyabr 2022, 08:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin