BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qadını avtomobillə vurub qaçan gənclə bağlı qərar çıxardı

Ali Məhkəmədə piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən İ.Əliyevin barəsindəki hökmdən verilən dövlət ittihamçısının kassasiya protestinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakimi İlkin Rəcəbovun sədliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, dövlət ittihamçısının kassasiya protesti təmin edilib.

 

Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Qeyd: Hadisə 2021-ci il sentyabrın 29-da saat 19 radələrində Füzuli rayonunun Horadiz şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, Horadiz şəhər sakini, 2000-ci il təvəllüdlü İ.Əliyev idarə etdiyi “Lada Priora” markalı avtomobili ilə şəhər sakini Gülnaz Səfərovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

 

Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən İ.Əliyev müəyyən edilərək saxlanılıb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 4 ay, 18 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, İ.Əliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Lakin Şirvan Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra prokuror kassaiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 31 Oktyabr 2022, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin