BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 9-cu mərtəbədən yerə yıxılan gənc komadadır, danışa bilmir

Bakıda 9-cu mərtəbədən yerə yıxılan gənc oğlanın son durumu açıqlanıb.


Pravda.az-ın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə oktyabrın 30-u saat 17 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.


Belə ki, 1997-ci il təvəllüdlü M.Fəracov yaşadığı 10 nömrəli binanın 9-cu mərtəbəsində olan mənzilin yataq otağının pəncərəsindən yerə yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


İlkin müayinə nəticəsində M.Fərəcovda bud çanağının sınığı, kəllə-beyin travması, sağ qabırğanın sınığı, ağciyər zədələnməsi aşkar edilib.


M.Fərəcov komadadır, danışa bilmir.
Hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Kamal Məmmədov 

Tarix: 31 Oktyabr 2022, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin