BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: “Qarabağdakı rus sülhməramlılarının mandatının uzadılması mümkün deyil”

“Qarabağdakı rus sülhməramlılarının mandatının uzadılması mümkün deyil. Belə bir şey o halda mümkün olar ki, birinci növbədə Ermənistanın Baş naziri Nikol Paşinyan qarşısındakı öhdəlikləri yerinə yetirsin. Paşinyan bu günə qədər keçirilən görüşlərdə üzərinə götürdüyü öhdəlikləri hüquqi və mənəvi cəhətdən yerinə yetirmirsə, yeni məsələlərin ortaya atılması yalnız sülh prosesinin uzadılmasına xidmət edir. İstəyirlər ki, bununla Rusiyanı şirnikləndirsinlər, Rusiyadan bu və ya digər şəkildə dəstək alsınlar. Ancaq yadlarından çıxarırlar ki, Rusiya özü də bəyannamələrin hər birinə imza atıb, danışıqlarda iştirak edib, münaqişənin həllində iştirakçı kimi razılıq da verib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, sülhməramlıların mandatının uzadılması üçtərəfli razılıq əsasında olmalıdır: “Tərəflərin biri razılıq vermirsə, müddət uzadıla bilməz. Əvvəla, sülhməramlıların xidmət müddətinin bitməsinə kifayət qədər zaman var. Bu müddət ərzində baxaq görək, rus hərbi kontingenti özünü necə aparır. Hələlik, görürük ki, onlar özlərini o qədər də məqsədəuyğun aparmır, çox vaxt tərəfli kimi çıxış edirlər. Monitorinq keçirilib, rəy verildikdən sonra mandatın uzadılması məsələsinə baxıla bilər. Hələ iki ildən çox zaman var. İndidən bu haqda düşünmək prosesin yalnız uzadılmasına xidmət etməkdir”.

 

S.Novruzov Rusiyanın Xankəndini nəzarətdə saxlamaq üçün saxta referendum keçirəcəyi ilə bağlı iddialara isə belə münasibət bildirib: “Belə şey ola bilməz, boş söhbətdir. Bu, Azərbaycanın daxili məsələsidir. Xankəndində pul paylamaqla və başqa işlərlə erməniləri qızışdırırlar. Bu məsələni hərdən guya Krımla uyğunlaşdırmaq istəyirlər. Xankəndi Azərbaycanın ərazisidir və Azərbaycan ərazisində hansısa üçüncü dövlətin torpağı da, qurumu da, strukturu da qətiyyən ola bilməz. Məsələ qaldırılmalıdır ki, Azərbaycan pasportlarını daha tez alıb, Azərbaycanın daxilinə inteqrasiya etsinlər. İstəyirlərsə, Azərbaycan vətəndaşları kimi tam bərabərhüquqlu yaşasınlar, istəmirlərsə, yol açıqdır”.

 

Aytəkin Qardaşova

Tarix: 31 Oktyabr 2022, 14:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin