BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda həbsdə olan sabiq Baş nazirin qardaşı oğlu və nazirin oğlundan XƏBƏR VAR

Baş Gömrük İdarəsinin sabiq əməkdaşları - Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov, Orxan Zöhrabov və Mirağa Ağayev barələrindəki hökmdən kassasiya şikayəti veriblər.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək şikayət noyabrın 2-nə təyin edilib.

 

Kassasiya şikayəti hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılan işlə bağlı Ceyhun Şabanova 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilmişdi. Bu hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar. Bəraət almış Orxan Zöhrabov və Mirağa Ağayevə şərti cəza verilib. İş üzrə təqsirləndirilən Sadiq İsgəndərov isə 2 il azadlıqdan məhrum edilib.

 

Həbsdə olan Elmar Mirzəyevin cəzası isə 3 ay artırılaraq 5 il 3 aya qaldırılıb.

 

Qeyd: Sadiq İsgəndərov Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri Xalid İsgəndərovun oğlu, Azər Baxşıyev isə Naxçıvan MR-nin keçmiş Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur.

 

Kamal Məmmədov

Tarix: 31 Oktyabr 2022, 15:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin