BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda keçmiş nazirin nəvəsi yenidən məhkəmə qarşısında

Bakıda dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Vüqar Poladov və Misir Əmirovun barələrindəki hökmdən kassasiya şikayəti veriblər.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək şikayət noyabrın 2-nə təyin edilib.

 

Kassasiya şikayəti hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Poladov 8600 manat cərimə edilib və onun vəkillik fəaliyyəti ilə məşğul olması 2 illik qadağan edilib. Bu iş üzrə digər təqsirləndirilən sabiq müstəntiq Misir Əmirov isə 5000 manat cərimə edilib.

 

İttihama əsasən, Vüqar Poladov müxtəlif işləri həll etmək adı ilə vətəndaşlara vəd verərək pul almaqda ittiham olunur. Ona külli miqdarda dələduzluq və rüşvət verməyə təhrik etmə əməlləri ilə bağlı müvafiq maddələrlə ittiham verilib.

 

Xatırlatma: Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. O, uzun müddət İctimai Televiziyada "İcra məmuru" rubrikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. Onun vəkillik fəaliyyəti hadisədən əvvəl dayandırılıb.

 

Onu da qeyd edək ki, Vüqar Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.

 

Kamal Məmmədov

Tarix: 31 Oktyabr 2022, 15:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin