BURADA REKLAMINIZ OLA
BİLƏR

Peskovdan taxılla bağlı açıqlama

“Rusiyanın iştirakı olmadan Ukrayna limanlarından taxıl ixracı çətin ki, mümkün olsun”.

 

Pravda.az “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Peskov Rusiyanın “taxıl sövdələşməsi”ni davam etdirmək üçün hansısa şərtlər irəli sürüb-sürməyəcəyinə də aydınlıq gətirib: “Bu suala cavab vermək hələ tezdir. Onu deyə bilərəm ki, müzakirələr davam edir".

 

O həmçinin bildirib ki, Rusiya “taxıl sazişi”ndə iştirakının dayandırılması səbəbindən ən kasıb ölkələrə kompensasiya verməyə hazırdır.

 

Kənan

Tarix: 31 Oktyabr 2022, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin