BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cənab prezident bəyan etdi ki, Xənkəndində nə şou göstərsəniz də, bizim sözümüz qətidir”

“Gözlər hər şeyi deyir. Putin kimi adamın üzünə: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb, ... burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur” ifadələrini söyləmək həqiqətən də Azərbaycanın artıq əvvəlki Azərbaycan olmadığını deməyə ciddi əsas verir. Yəni cənab prezident bəyan etdi ki, Xənkəndində nə şou göstərsəniz də, bizim sözümüz qətidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

 

E.Əmirov çətir məsələsinə də toxunub: ““Paşinyan sizinlə yox, mənimlə - mənim çətirimin altındadır” mesajını verən Putinin Qərbə verdiyi mesaj  mənimçün heç önəmli deyil. Mənə görə ən önəmli olan cənab Prezidentin görüşdən əvvəl və sonra gözlərindəki ifadədir. Belə görüşlər zamanı cənab Prezidentin simasına diqqətlə baxmaq, gözlərindəki ifadəni duymaq, yazılan bütün xəbərlərdən daha çox məlumat verir. Bu gün də onun  onun gözlərində olan ifadə ilə söylədiyi ifadə tam olaraq üst-üstə düşürdü. Əslində İran rəhbərliyi də Azərbaycanın mövqeyindən dönməyəcəyini bildiyi üçün bu görüşdən sonra paşiyanı İrana çağırıb. Görünən odur ki, Paşinyan hara getsə də, kimin çətirinin altına girsə də, Azərbaycanı ədalətli və haqq mövqeyindən kimsə döndərə bilməyəcək”.

 

Kənan

Tarix: 31 Oktyabr 2022, 20:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin