BURADA REKLAMINIZ OLA
BİLƏR

“Moskva və Tehranın hər dediyi ilə razı olan, onların ağzına baxan Ermənistana Qərbə nə deyəcək?”

“Paşinyan bəyan edir ki, Putin və Rusiya nə deyirsə, razıyıq. Sabah Paşinyan İrana gedir, orda da bəyan edəcək ki, Rəisi və İran nə deyirsə, razıyıq. Yaxşı, dünyada indi Qərbin 3 əsas düşmənindən ikisi Rusiya və İran deyil?! Bəs görəsən, Moskva və Tehranın hər dediyi ilə razı olan, onların ağzına baxan Ermənistana Qərbə nə deyəcək? Yenə Fransa başlarını sığallayacaq, ABŞ-ın konqres və senat üzvləri dəsmal götürüb ağlayacaqlar?! Onları başa düşdük, bəs bizim XİN niyə aqressiv şəkildə bu məsələni dünyaya təqdim edə bilmir?! Nədən dünyanın iki “xoxa”nının Ermənistanın yanında olduğunu üzərinə basa-basa söyləyib göstərmir?!”

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“İlham Əliyev bu gün Putinin üzünə dedi ki, Qarabağ problemi yoxdur, düz elədi, dəstəkləyirəm, amma necə olacaq bu iş?! Xankəndində onlar hər gün mitinq edəcək, "rusməramlılar" da onları qoruyacaq, biz də Bakıda oturub deyəcəyik ki, Qarabağ problemi həll olunub?! Görməzdən gələcəyik, fikir verməyəcəyik?! Nə vaxta qədər?! Yəni, bizim dövlət olaraq taktikamız-strategiyamız nədir?! Bütün bu suallar açıqdır, müzakirə olunmalı, çıxış yolları tapılmalıdır...” – N.Cəfərli qeyd edib.

 

Kənan

Tarix: 31 Oktyabr 2022, 21:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin