BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Zelenski ilə danışdı

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski arasında telefon danışığı olub.

 

Pravda.az-ın xəbərinə görə, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

 

İki ölkə liderləri telefon danışığı zamanı Rusiya tərəfindən saxlanılan məlum üç hərbi gəminin qaytarılması ilə bağlı vəziyyətə toxunublar. Bundan başqa, tərəflər arasında qaz problemi mövzusu da müzakirə edilib.

 

Danışıqlar zamanı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılışdırılıb.

 

Qeyd edək ki, dekabrın 9-da Parisdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Normandiya formatında dövlət başçılarının görüşü keçiriləcək.APA

Tarix: 26 Noyabr 2019, 01:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin