BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyanın əsas məqsədi Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasına imkan verməməkdən ibarətdir”

“Soçi bəyanatında prinsipial əhəmiyyətli yenilik yoxdur. Yeni məqam kimi görünən ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı vurğusu (BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə istinadən) Praqa bəyanatında var idi və onun təkrarıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

 

Ş.Cəfərli vurğulayıb ki, Rusiyanın bu mərhələdə əsas məqsədi prosesə nəzarətini saxlamaq və Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi imzalanmasına imkan verməməkdən ibarətdir: “Bunun üçün Nikol Paşinyana Putin səviyyəsində (Valdayda), İlham Əliyevə isə Xankəndi mitinqi ilə mesaj verildi. Soçi görüşü də tamamilə həmin məqsədə xidmət edirdi. İki liderin bu mesajları nə dərəcədə ciddiyə aldığını önümüzdəki həftələrdə görəcəyik. Qərbin mövqeyi də şübhəsiz ki, bu məsələyə öz təsirini göstərəcək”.

 

Kənan

Tarix: 1 Noyabr 2022, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin