BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan Soçi görüşündə daha bir uğura imza atdı” - RƏY

“Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu. Cənubi Qafqazda sülhün əldə edilməsi vahid yanaşma bir daha təsdiq edildi: istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Bunu Ermənistan bir daha qəbul etdi”.

 

Pravda.az-ın xəbərinə görə, bu fikri deputat Vüqar Bayramov bildirib.

Vüqar Bayramov: “Bu, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı  anlamına gəlir” Pravda.az

V.Bayramovun sözlərinə görə, tərəflər sülhün əldə edilməsi yollarını müzakirə etdilər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq münaqişə yoxdur. Münaqişə 2 il öncə həll edilib: “Bu dəfə də Alma-Ata Protokoluna istinad edildi. 21 dekabr 1992-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzladığı bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Bu Azərbaycan diplomatiyasının gücüdür. Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq. Görüşdə çəkilən şəkillər də çox həqiqətləri deyir”.

 

Kənan

Tarix: 1 Noyabr 2022, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin