BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyaya Cənubi Qafqazda daim qanayan yara lazımdır”

“Gördüyünüz kimi, Soçi görüşünə heç bir əhəmiyyət vermirdim. Rusiya büdrəyir ki, mən də varam, birdən məndən kənarda nəsə razılaşarsınız, sizə belə edərəm, elə edərəm. 1990-cı illərdə ermənilərdən bizə qarşı istifadə edirdilər. Ermənilər biraz güclənsə, təkrar 1990-cı illərin ssenarisini başladacaqlar; sadəcə, buna indi imkan yoxdur. Rusiyaya Cənubi Qafqazda daim qanayan yara lazımdır. Bu aksiomadır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Fərhad Mehdiyev bildirib.

 

F.Mehdiyev qeyd edib ki, Paşinyan da anlayıb məsələni, Azərbaycanla razılaşmağa çalışır, çünki güc balansı onların əleyhinədir: “Qısacası Putinin vasitəçiliyi ilə keçirilən danışıqlar deyil, danışıqlardan sonra olanlar daha maraqlıdır. Belə də Soçi pis şəhər deyil. Atılacaq mümkün addımlar hazırda belədir:

 

1. Laçın korridorunun girişinə NBM quraşdırmaq. Qida və dərman kimi mülki təyinatlı yüklərin keçidi sərbəst olmalıdır.

 

2. Ermənistanla münasibətdə 10.11.2020 tarixli razılaşmanın dayandırıla biləcəyini elan etmək (9-cu bənd üzrə razılaşma yerinə yetirilmədiyinə görə)”

 

Kənan

Tarix: 1 Noyabr 2022, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin