BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyir”

“Soçi görüşünü Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirmək olar. Soçi görüşündən əvvəl, Rusiya Xankəndində geniş etiraz aksiyası keçirdi. Paşinyan Sülhməramlı qüvvələrin Qarabağda vaxtını uzadacaq sənədə imza atacağını, Putin Qarabağda ermənilərin özəlliyindən danışırdı. Məqsəd Azərbaycana təzyiq etmək idi.  Bunların heç biri reallaşmadı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

M.Əsədullazadə qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı irəliləyiş var: “İctimaiyyətə açıqlanmır. Azərbaycan üçün əsas məsələ Rusiyanın irəli sürdüyü sülh sazişi qəbul edilmədi. Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyir. Bu görüşdə əvvəlki imzalanan sənədlərə Sadiqlik vurğulandı...”

 

Kənan

Tarix: 1 Noyabr 2022, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin