BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşusunu söyüş üstündə bıçaqlayan şəxsə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirxan Hacıələkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə bu il martın 8-də Mingəçevir şəhəri, Z.Həsənova küçəsində yerləşən binada qeydə alınıb. Şəhər sakini, 1988-ci il təvəllüdlü Şirxan Hacıələkbərov qonşu Elnar Rəcəbova xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirib. Ona Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Məhkəmədə məlum olub ki, Şirxan Hacıələkbərov qonşusunu söyüş üstündə bıçaqlayıb.

 

Kamal Məmmədov

Tarix: 1 Noyabr 2022, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin