BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov: Heç kim Rusiyada siyasi sabitliyi poza bilməz

“Heç kim Rusiya iqtisadiyyatını dayandıra və buradakı daxili siyasi sabitliyi poza bilməyəcək”.

 

Pravda.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

O bildirib ki, Rusiya Qərbin dağıdıcı mövqeyinin fərqindədir, lakin çətinliklərə baxmayaraq, inamla öz yolu ilə getməkdə davam edir: “Biz əvvəllər də sanksiyalarla üzləşmişik. Onilliklər ərzində toplanmış təcrübə bizə çətinliyin öhdəsindən uğurla gəlməyə kömək edir”.

 

Lavrovun sözlərinə görə, Rusiyanın beynəlxalq təcridi yoxdur: “Planetin bütün regionlarında dostlarımız var. Biz MDB, Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələri ilə münasibətlərimizi inkişaf etdiririk. Moskva Avropa və Şimali Amerikadakı biznes tərəfdaşlarından kənarlaşmır. Qarşılıqlı faydalı əlaqələri kəsmək heç vaxt bizim seçimimiz olmayıb”.

 

Kənan

Tarix: 1 Noyabr 2022, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin