“Diplomatiyada işarələrin, bədən dilinin yozumu mütləq olur, bunsuz mümkün deyil. Hər bir hərəkət, jest qəsdən etməsən belə, məna verir. Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin dedi ki, “yağışlı, çiskinli hava bizi qarşıladı, amma əhvalımız yaxşı olar”. Bu, danışıqların da ağır keçəcəyinə, dumanlı olacağına işarə idi. Yoxsa Putin başqa bir epitet də seçə bilərdi. Məsələn, Azərbaycan Prezidenti Gürcüstan səfərində oradakı küləyi Bakı küləyinə bənzədərək adi bir sözlə doğmalıq yaratdı, bu da ikitərəfli münasibətlərə xoş oldu. Göründüyü kimi, heç bir jest, ifadə mənasız olmur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat görüş fonunda geniş müzakirə yaradan liderlərin “çətir” epizodunu isə belə dəyərləndirib: “Təbii ki, Soçidəki görüşdə “çətir” məsələsi də bir mesaj idi. Ermənistanın Baş naziri Nikol Paşinyanla Putinin bir çətirin altında dayanması, eyni zamanda həmin çətirin Putinin əlində olması buna işarədir ki, Ermənistan elə Rusiyanın çətiri altındadır. Cənab Prezident İlham Əliyev avtomobildən çətirsiz də düşə bilərdi. Çətirin məhz göy rəng – Turanın rəngində olması və cənab Prezidentin onu yuxarıda tutması, Putinin çətirinin altına girməməsi, əlbəttə, simvolik məna daşıyır. Bunu söz oyunu kimi yozanlar da ola bilər. Amma aydındır ki, “çətir” məsələsi qısa müddətdə bütün dünyada siyasi çalarlı şərhlərə səbəb oldu. Şübhəsiz ki, bu, xoş təəssüratdır”.
T.Kərimli Soçi görüşü barədə də ümumi fikirlərini bölüşüb: “Soçi görüşündən əvvəl, sözün açığı, hədsiz dərəcədə həyəcanlı idim, narahatlıq keçirirdim. Şübhəsiz, Azərbaycan Prezidentini çox ağır danışıq gözləyirdi. Şükür ki, onun cəsarəti nəticəsində hətta görüş öncəsi müəyyən oldu ki, Qarabağ məsələsi iki il əvvəl həll edilib, heç bir müzakirə aparıla bilməz. Paşinyanın 15-20 il rus sülhməramlılarının Qarabağ ərazisində qalması barədə iddiaları, “status” məsələsi... Ümumiyyətlə, görüşdə Qarabağdan söhbət belə getmədi. Putin Soçi görüşündən sonrakı mətbuat konfransında vəziyyətdən yaxşı çıxa bildi. Putin “hansı məsələlərdə razılığa gələ bilmədiniz?” sualının cavabında “bunu demək olar, amma lazım deyil” ifadəsini işlətdi. Ona görə də hesab edirəm, danışıqların təsiri uzun müddət özünü göstərəcək. Çünki yanvarın 1-dək bizi kritik iki ay gözləyir. Olduqca kritik görüşlər olacaq. Danışıqların axarı necə davam edəcək, Rusiya-Ukrayna münasibətləri hansı vəziyyətdə olacaq... Ermənistan öhdəliklərindən yenə qaçarsa, Azərbaycan radikal və adekvat addımlar ata bilər. Bu, gələcəkdə vəziyyəti bir az da dəyişə bilər. Paşinyan bu gün İrana səfər edir, İranın parlament sədri Azərbaycana səfər edəcək. İran da bu məsələdə marağını ifadə edir. Düşünürəm, “çətir” məsələsi elə yerə gəlib çatacaq ki, Azərbaycan öz çətiri altında nə ABŞ-ın, nə də Rusiyanın təklifini qəbul edəcək. Çünki Azərbaycanın öz təklifləri var. Cənab Prezident də ötən gün 5 bənddən ibarət təklifləri xatırlatdı. Olduqca ağır və məsuliyyətli görüşdə Azərbaycan öz mövqeyini itirmədi. Hətta birgə bəyanatda BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsinə uyğun dövlətlərin ərazi bütövlüyü əsas götürüldü”.
Aytəkin Qardaşova
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin