BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya XİN: ABŞ müttəfiqləri ilə birlikdə çoxqütblü dünya nizamının formalaşmasına qarşı mübarizə səylərini dayandırmır

“ABŞ müttəfiqləri ilə birlikdə çoxqütblü dünya nizamının formalaşmasına qarşı mübarizə səylərini dayandırmır”.

 

Pravda.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

Lavrovun sözlərinə görə, Ukraynada baş verənlər, sadəcə, növbəti regional münaqişə deyil, dünya nizamının gələcəyi uğrunda gedən mübarizənin bir hissəsidir: “ABŞ və Qərbin prosesi ləngitmək üçün davam edən səylərinin şahidi olduq. Hazırda geosiyasi vəziyyət hədsiz gərginləşib. Ukraynada xüsusi əməliyyat başlayandan sonra dost olmayan dövlətlər Rusiyaya qarşı “hibrid müharibə”yə başlayıblar. Onların məqsədi bizi döyüş meydanında məğlub etmək, Rusiya iqtisadiyyatını sarsıtmaq, daxili siyasi sabitliyi pozmaq, Rusiyanı aparıcı dünya güclərindən biri olaraq yox sıradan çıxarmaqdır”.

 

Kənan

Tarix: 1 Noyabr 2022, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin