BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış şirkət cərimələndi

“Akabe” MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci ( Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Protokol hakim Vüsal Tağıyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası noyabrın 10-na təyin edilib.

 

Qeyd: “Akabe” MMC inşaat məhsullarının istehsalı və satışı ilə məşğuldur.

 

Kamal Məmmədov

Tarix: 1 Noyabr 2022, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin