BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qumar oyunlarının təşkili ilə məşğul olan şəxs saxlanıldı

Bakıda qumar oyunlarının təşkili və ya keçirilməsi ilə məşğul olan şəxs saxlanılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Rəşad İsgəndərov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı tutulub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 244-1.1-ci (Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

 

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Aygün Qurbanovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası noyabrın 10-na təyin edilib.

 

Qeyd: Əgər Rəşad İsgəndərovun cinayəti sübuta yetirilərsə, onu beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası gözləyir.

 

Kamal Məmmədov

Tarix: 1 Noyabr 2022, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin