BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu klinikaya cərimə protokolu yazıldı

“Reo Med Tibb Mərkəzi” MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Elçin Ağayevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası noyabrın 15-nə təyin edilib.

 

Qeyd: Əgər məhkəmə protokolu təmin etsə, vəzifəli şəxslərin səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslərin isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə olunması gözlənilir.

 

Kamal Məmmədov

Tarix: 1 Noyabr 2022, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin