BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaxarova Londondan cavab gözləyir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassın “Şimal axını” qaz kəmərlərində baş verən təxribatdan sonra ABŞ dövlət katibi Entoni Blinkenə “its done” mesajı göndərməsi ilə bağlı mətbuatda yayılan məlumatla əlaqədar Londondan cavab gözləyir.

 

Pravda.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

 

"Düzünü desəm, bu məlumatı kimin və necə yaydığı mənə maraqlı deyil. Məni Londonun bu suala cavabı maraqlandırır. "Böyük Britaniyanın keçmiş Baş naziri Liz Trass “Şimal axını”ndan baş vermiş hadisədən dərhal sonra ABŞ dövlət katibi Entoni Blinkenə mesaj göndəribmi? Boru kəməri "its done" sözləri ilə partladıldı?"

 

 

Qeyd: Rusiya Prezidenti Vladimir Putin bildirib ki, “Qazprom” şirkətinə “Şimal axını”nda partlayışların baş verdiyi ərazilərə baxış keçirməyə icazə verilib. Baş verənlər terror aktı adlandırılıb.

 

Kənan

Tarix: 1 Noyabr 2022, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin