BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda ləğv prosesində olan bank cərimələndi

Ləğv prosesində olan “Amrahbank” ASC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

Protokol hakim Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: 2020-ci il aprelin 27-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Atabank" ASC-nin lisenziyası ləğv edilib.

 

Kamal Məmmədov

Tarix: 1 Noyabr 2022, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin