BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bunlar olmadıqca, korrupsiya əməliyyatının qurbanları olacaq, amma korrupsiya özü birdəfəlik qurbana çevrilməyəcək”

“Mədəniyyət Nazirliyində son 2 ildə 2-ci dəfə korrupsiya əməlliyatı keçirilir və artıq 2-ci müavin həbs edilir. Geniş və asan büdcə korrupsiyasının qarşısını almağın 3 yolu var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.

 

R.Ağayev təkliflərini açıqlayıb: “Nəticə və proqraməsaslı büdcə sisteminə keçid. Bu mexanizm nəticəsi əvvəlcədən göstəriləməyən, strateji məqsədi və hədəfi müyəən olunmayan, əsasında proqram hər hansı istiqamətə büdcə ayırmasını mümkünsüz edir. Büdcə üzərində effektiv parlament və vətəndaş cəmiyyəti-media nəzarəti olmalıdır. İcra hakimiyyəti və məmurlar özlərini büdcənin sahibi kimi yox, sadəcə ona həvalə olunan pulun xərcləyiciləri-icraçıları kimi aparmalıdırlar. Parlamentə hər qəpiyin izahatı və hesabatı verilməlidir. Bütün investisiya layihələri xərclənməzdən öncə cəmiyyətə və parlamentə açıq olmalıdır. Hökumətin iqtisadi strukturunu və funksional təyinatını parlamentə və cəmiyyətə açıqlamadığı hər hansı xərc maddəsi olmamalıdır - fərqi yoxdur bu ehtiyat fondudur yaxud sərmayə büdcəsi. Satınalmalarda şəffaflıq ən yüksək səviyyədə olmalıdır - büdcə pulu hesabına tender udmaq istəyən istənilən özəl şirkətin öz təsisçilərini (benefsiar sahiblərini) cəmiyyətə açıqlamaq öhdəliyi olmalıdır... Bunlar olmadıqca, dövri olaraq korrupsiya əməliyyatının qurbanları olacaq, amma korrupsiya özü birdəfəlik qurbana çevrilməyəcək”.

 

Kənan

Tarix: 2 Noyabr 2022, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin