BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsindəki hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, 2020-ci il martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində T.Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

 

Daha sonra T.Yaqublu avtomobildən düşərək E.Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman E.Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda T.Yaqublu qadını da itələyib və C.Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.

 

T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

 

2020-ci il sentyabrın 3-də Nizami Rayon Məhkəməsinin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə etiraz olaraq aclıq aksiyası keçirdikdən sonra sentyabrın 18-də ev dustaqlığına buraxılıb.

 

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, ona 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzası verilib. Onun barəsindəki ev dustaqlığı qərarı ləğv edilib.

 

Qeyd: Bir neçə gün əvvəl T.Yaqublunun atası Rəşid Yaqublu vəfat edib.

 

Kamal Məmmədov

Tarix: 1 Noyabr 2022, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin