BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 10 min dollara civə satmaq istəyən şəxs məhkəmə qarşısında

Bakıda 10 min dollara civə satmaqda təqsirləndirilən Toğrul Məmmədovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılır.

 

Artıq ilkin hazırlıq iclası keçirilib və təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Qeyd: Bu ilin yayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin şəxs Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. Fakla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət işi başlanılıb. Məhkəmə tərəfindən Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 2 Noyabr 2022, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin