BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kişi 4 qadını fahişəliyə cəlb etdi - MƏHKƏMƏ

Bakıda 4 qadını fahişəliyə cəlb edən şəxsə cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, V.Əliyev 4 qadını fahişəliyə cəlb etdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daha onra onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Qurbanovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Məhkəmədə V.Əliyevin cinayəti sübuta yetirilərsə, onu iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

 

Kamal Məmmədov

Tarix: 2 Noyabr 2022, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin