BURADA REKLAMINIZ OLA
BİLƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qənaət” etdiyi 1 milyard manat necə formalaşıb?

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qənaət” etdiyi 1 milyard manat necə formalaşıb? Pensiya islahatlarının nəticəsi haqqında məlumat açıqlanıb: 2021-ci ildə  pensiya xərclərinə qənaət 2018-ci illə müqayisədə 549, 2022-ci ilin yanvar-avqust ayları üzrə  pensiya xərclərinə qənaət isə 2018-ci illə müqayisədə 495 milyon manat olub. Yəni anlaşıqlı desək, bu o deməkdir ki, 2018-ci ildə və sonrakı illərdə nazirliyin apardığı araşdırmalarla müəyyən olunub ki, yarım milyardlıq pensiya qanunsuzdur, odur ki, 2021 və 2022-ci illərdə onun verilməsindən imtina edilib".

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

 

O.Gündüz qeyd edib ki, nazirlik bu addım adını “qənaət” qoyublar: "Son 3-4 il ərzində isə “qənaət” olunan məbləğ təxminən 1 milyard olub. Xatırladıram ki, nazirliyin qanunsuz pensiyalara və qanunsuz əlilliyə qarşı mübarizəsi də məhz həmin dövrləri əhatə edib. 1 milyardlıq “qənaət” üçün əsaslar yaradan keçmiş nazir Səlim Müslümova qarşı 27 milyonluq yeyinti ittihamı irəli sürülüb və bildiyim qədər hazırda ev dustaqlığındadır".

 

Kənan

Tarix: 2 Noyabr 2022, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin