BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezidentin Əlcəzair “Milli Mücahid Muzeyi”ni ziyarət etməsi həm də Fransanın son günlərdə sərgilədiyi siyasətə qarşı cavabdır” - RƏY

“Prezident İlham Əliyevin “1 noyabr  İnqilab Günü”ndə Əlcəzair “Milli Mücahid Muzeyi”ni ziyarət etməsi həm də Fransanın son günlərdə sərgilədiyi siyasətə qarşı cavabdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib.

M.Ələsgərli qeyd edib ki, “Əlcəzair soyqırımı”  “Erməni mövzusu”nu bəhanə edib Cənubi Qafqaza ayaq açmaq istəyən, regionu təsir dairəsinə salmağa çalışan  Fransanın  kolonist mahiyyətini  dünyaya xatırladır: “Qoşulmama Hərəkatının sədri statusunu daşıması imkan verir ki, Prezident İlham Əliyevin  Fransaya cavabı  dünyanın ikinci ən böyük təşkilatının mövqeyi  kimi qəbul edilsin. Prezident İlham Əliyev  Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən Sammitində BMT Baş Katibi, Afrika İttifaqının sədri  va Islam Əməkdaşlıq Təşkilatının  Baş Katibi ilə eyni statusda  iştirak etməsi bu yöndə imkanları artırır”.

 

Kənan

Tarix: 2 Noyabr 2022, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin