BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bu sahəni mədəniyyət haqqında təsəvvürləri formalaşmamış şəxslərə həvalə etmək problem yaradır”

“Mədəniyyət Nazirliyində baş verənlər ciddi qanun pozuntusundan xəbər verir. Bu səviyyədə əməliyyatın keçirilməsi nazirliyin işinin düzgün qurulmamasının göstəricisidir. Dövlət Təhlükəsizliyi Xidməti kifayət qədər araşdırma aparmadan əməliyyat keçirmir. Görünür ki, işin düzgün qurulmaması nəticəsində bu qədər yeyinti, qanun pozuntusu baş alıb gedir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fazil Mustafa deyib.

 

Deputat xatırladıb ki, bu, Mədəniyyət Nazirliyində birinci yoxlama deyil: “Əvvəllər də Mədəniyyət Nazirliyində yoxlamalar aparılmışdı. Dəyişikliklərin guya cəmiyyətə hansısa müsbət istiqamətdə irəliləyiş kimi təqdim olunması da indi bir az şübhə doğurur. Maraqlısı budur. Mədəniyyət sahəsi kifayət qədər məsuliyyətli sahədir. Bu sahəni müəyyən dərəcədə vizionu olmayan, mədəniyyət haqqında təsəvvürləri formalaşmamış şəxslərə həvalə etmək problem yaradır. Üzücü haldır. Hesab edirəm, baş verənlərlə bağlı Mədəniyyət Nazirliyinin rəhbərliyində ən azından müzakirələr aparılacaq, məsələyə münasibət bildirələcək”.

 

Aytəkin Qardaşova

Tarix: 2 Noyabr 2022, 11:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin