BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis avtomobillə gənc oğlanı vurdu

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində olub.

 

Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi "KİA" markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub.

 

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.

 

Faktla bağlı araşdırma aparılır.Trend.az

Tarix: 26 Noyabr 2019, 02:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin