BURADA REKLAMINIZ OLA
BİLƏR

Aysel Fərziyeva işdən çıxdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva işdən çıxıb.

 

Pravda.az-ın xəbərinə görə, o, öz istəyi ilə ərizə yazdığını bildirib.

 

“10 illik jurnalist fəaliyyətimin son 4 ili AQTA ilə bağlı oldu. Bu müddətdə AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri, AQTİ-PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, Agentlik sədrinin media məsələləri üzrə köməkçisi, mətbuat katibi kimi fəaliyyət göstərdim. Eyni zamanda qurumun müxtəlif telekanallarda yayımlanan verilişlərinin layihə rəhbəri və aparıcısı, elmi-kütləvi jurnalının baş redaktoru oldum. Yeni yaranan, gənc bir qurumun müsbət imicinin formalaşması, düzgün kommunikasiyanın qurulması, media ilə əlaqələrinin inkişafı üçün əlimdən gələni etməyə çalışdım. İctimaiyyətlə əlaqələr, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq, həmçinin dövlət qurumunda idarətmə sahəsində uzunmüddətli iş təcrübəsi əldə etdim. Ən əsası, bu dövrdə peşəkar komanda ilə işləmək imkanı və əvəzsiz dostlar qazandım. Bu illər ərzində fəaliyyətimin uğurlu olmasında dəstək göstərən AQTA rəhbərliyinə, birlikdə çalışdığım komandamıza və jurnalist həmkarlarıma təşəkkür edirəm” – o qeyd edib.

 

Kənan

Tarix: 2 Noyabr 2022, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin