BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz İsmayılov: “Ekologiya sahəsində boşluqlar çoxdur”

“Ekologiyaya nəzarət, onun icrası ilə bağlı çox suallar var. Bu, əlbəttə, cəmiyyəti narahat edir. Bakı şəhərində nə qədər çürümüş ağaclar var. Bunlara nəzarət edilməlidir. Belə məsələləri televiziya, mətbuat işıqlandırmalı deyil axı. Məsul şəxslər birbaşa məsuliyyət daşıyırlar. Bu, onların işidir, ancaq nəzarət olunmur. Boşluqlar çoxdur, heç kim inkar edə bilməz. Bu, insanların yaşayış mühitinə mənfi təsir edir. Anormal vəziyyətdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ekoloq, professor Çingiz İsmayılov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı son zamanlar artan narazılıqlar barədə danışarkən deyib.

 

Professor bildirib ki, yerlərdəki məsələlərin həllinə də nəzarət edilməlidir: “Sahil ərazilərdə, meşələrdə nə baş verir? Meşə yanğınları ilə bağlı müxtəlif söhbətlər gedir. Bunları araşdırmaq lazımdır. İddia edirlər ki, bəzən meşələri işçilərin maaşlarının qaldırılması üçün mühafizəçilər özləri yandırırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, əməkdaşları – hamısı məsuliyyət daşıyır. Daim monitorinq aparmaq lazımdır. Cənab Prezident hər zaman deyir ki, məmurlar yerli icmalarla sıx işləməlidirlər”.

 

Tomris

Tarix: 2 Noyabr 2022, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin