BURADA REKLAMINIZ OLA
BİLƏR

Şoyqudan NATO ilə bağlı açıqlama

“Şərqi və Mərkəzi Avropada NATO qruplaşmalarının sayı 2,5 dəfə artaraq 30 mini ötüb. Yaxın gələcəkdə artma ehtimalı da yüksəkdir”.

 

Pravda.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

 

"Şərqi və Mərkəzi Avropada, Baltikyanı ölkələrdə NATO-nun qeyri-regional dövlətlərinin silahlı qüvvələrinin birləşmələri yerləşdirilir. Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yeni batalyon taktiki qrupları yaradılır” - Şoyqu bildirib.

 

Nazir vurğulayıb ki, belə olan halda, Rusiya Belarusun hərbi təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edir”.

 

Kənan

Tarix: 2 Noyabr 2022, 14:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin