BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Məmmədov: “İranın sərhəddəki təlimlərinin mütləq cavabı olmalı idi”

“Proseslər onu göstərir ki, İran tərəfi Azərbaycanda təxribat əməllərini davam etdirir və bunda vətəndaşlarımızdan istifadə olunur. Dini məzmunlu şüarlar yazılan köynəklərin ölkəmizə gətirilməsi, aksiyaların iştirakçılarına paylanılmasının planlaşdırılması təxribatların miqyasını göstərir. Bu, bir daha təsdiq edir ki, İran Azərbaycanda müxtəlif təxribatlar törədərək qarışıqlıq yaratmağa cəhd edir. Rəsmi Tehran bu məsələlərə cavab verməli, aydınlıq gətirməlidir”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa olunmasına münasibət bildirərkən deyib.

 

Deputat vurğulayıb ki, Azərbaycan tərəfi bütün məlumatlar tam təsdiqləndikdən sonra İran tərəfindən izahat istəməlidir: “Eyni zamanda diplomatik kanallarla məsələyə münasibət bildirilməlidir. Proseslər göstərir ki, biz hesabat istəmədikcə, məsələ qaldırmadıqca İran eyni əməllərə davam edir, yeni təxribatlara əl atır”.

 

C.Məmmədov Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin cənub sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlərə başlamasını isə belə dəyərləndirib: “İran bizim sərhədimizdə hərbi təlimlər keçirirsə, Azərbaycan da qarşılığında eyni formada cavab verə bilər. İranın sərhəddəki təlimlərinin mütləq cavabı olmalı idi”.

 

Aytəkin Qardaşova

Tarix: 2 Noyabr 2022, 17:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin