BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu: “Bəlkə, Məhərrəm Əliyevin səfərindən sonra edilən dəyişikliklər də bu məqsədlə olub…”

“Naxçıvan strateji bölgədir. Bilmək olmaz, ermənilər bu gün bir söz, sabah ayrı söz deyə bilərlər. Naxçıvanda hansı dəyişiklik olursa-olsun, hazırkı vəziyyətdə Vasif Talıbovu vəzifədən azad etmək düzgün olmaz. Çünki o, illər ərzində Naxçıvanı İrandan qoruyub. Bu gün Naxçıvanın əhatəsində ikitərəfli düşmənimiz var – İran və Ermənistan. Təkcə Türkiyə dostumuz, qardaşımızdır. Talıbov da çox ehtiyatlı olmalıdır, biz də. Çünki Naxçıvan bu gün hədəf ola bilər”.

 

Bu sözləri Pravda.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin Naxçıvan səfərini şərh edərkən deyib.

 

“Ehtiyatla iş görmək, Naxçıvanı gücləndirmək, qorumaq lazımdır. Bəlkə də, Məhərrəm Əliyevin səfərindən sonra edilən dəyişikliklər də bu məqsədlə olub? Allah bilir, rus qoşunları da Naxçıvan yaxınlığına yığılıb. Naxçıvanda hər şey ola bilər. Ona görə də gücləndirilməsini istəyirəm”, - N.Cəfəroğlu bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 2 Noyabr 2022, 17:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin