BURADA REKLAMINIZ OLA
BİLƏR

“İran növbəti hərbi təlimlərini Xəzər dənizində keçirə, Azərbaycanın ərazi sularını poza bilər”

“Azərbaycan İrana əzələ nümayiş etdirdi. İranla Azərbaycan arasında 30 il ərzində qarşılıqlı hərbi əzələ nümayişi olmamışdı. Azərbaycanın ikinci Qarabağ müharibəsində qalib gəlməsi, regionda yeni geosiyasi reallıqlar yaratması, Tehran rejimini narahat etdi. Azərbaycanla sərhəddə üç hərbi təlim keçirməklə hərbi əzələ nümayiş etdirdi. Axrınci təlimlər isə, hücum xarakterli hərbi təlimlər idi. Buna görə Tehranın cavabı verilməli idi. Azərbaycan cənub sərhədlərində müxtəlif qoşun növlərinin hərbi təlimlərinə start verdi. Xüsusi  təyinatlılar, aviasiya və artilleriya qoşunlarının birgə hərbi təlimləri Tehran rejiminə mesajdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

 

Onun sözlərinə görə, xüsusi təyinatlıların hərbi təlimlərə cəlb edilməsi dost dediyi Ermənistanın aqibətini Tehrana göstərməkdir: “İran müstəqil və güclü Azərbaycanı qarşısında görür. Bu hərbi təlimlər Tehranda oturan fars rejimində “soyuq duş” effekti yaradır. Bundan sonra, İran Azərbaycanla sərhəddə təlimlər keçirməyəcək. Ölkəmizə qarşı “hibrid müharibə”sini davam etdirəcək. İran növbəti hərbi təlimlərini Xəzər dənizində keçirə və Azərbaycanın ərazi sularını poza bilər. Belə olan təqdirdə İran gəmilərinə qarşı mütləq hərbi müdaxilə edilməlidir”.

 

Kənan

Tarix: 2 Noyabr 2022, 23:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin