BURADA REKLAMINIZ OLA
BİLƏR

Kirayədə qaldığı mənzili başqasına kreditlə satan şəxs həbs edildi

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Ruslan Alıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, Ruslan Alıyev tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsində yerləşən mənzili satmaq qərarına gəlib. O, bu məqsədlə həmin mənzili kreditlə satması barədə “Facebook” sosial şəbəkəsində elan yerləşdirib. Zərərçəkmiş Qayıb Qayıbov (şərti) isə mənzili almaq istədiyini deyib. Ruslan mənzilin özünə məxsus olduğunu yalandan deyib inandıraraq kredit şərtləri ilə 52000 manata satacağına vəd verib. Zərərçəkmiş şəxs isə həmin mənzildə ona ümumilikdə vahid 8500 manat pul verib. Daha sonra o, verdiyi vədə əməl etməyib və Qayıb Qayıbova xeyli miqdarda ziyan vurub.

 

Zərərçəkmişin şikayəti əsasında saxlanılan Ruslan Alıyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 3 Noyabr 2022, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin